AZ

AK Rusiya nefti daşıyan tankerlərin tutulması üçün əsaslar hazırlayır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Komissiyası (AK) 20-ci sanksiya paketində Rusiya nefti daşıyan tankerlərin tutulması üçün hüquqi əsasları təkmilləşdirir və bu da bəzi Avropa İttifaqı (Aİ) ölkələri arasında dənizdə Rusiya ilə hərbi qarşıdurma riski ilə bağlı kəskin narahatlıqlar yaradır.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Brüssel diplomatik dairələrindəki mənbə məlumat verib.

"20-ci Paket əsasən Rusiya nefti və neft məhsulları daşıyan tankerlərin dayandırılması, yoxlanılması və ehtimal ki, müsadirə edilməsi üçün hüquqi əsasların hazırlanması ilə bağlıdır. Bu, dənizdə birbaşa hərbi qarşıdurma təhlükəsi yaratdığı üçün bir sıra Aİ ölkələri arasında ciddi narahatlıq doğurur", - deyə diplomat Rusiyaya qarşı 20-ci sanksiya paketinin təsdiqlənməsi ilə bağlı çətinlikləri şərh edərkən qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
bizimyol.info

1Mənbələr