AZ

“Azərbaycan Prezidentinə qarşı edilən hər hansı təxribat, əslində Azərbaycan xalqına qarşı edilən hücumdur





"Dövlət başçısına qarşı edilən bu çirkin və planlaşdırılmış hücum cəhdi təkcə Prezidentə deyil — bütövlükdə Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı yönəlmiş açıq hörmətsizlik aktıdır. Bu, milli iradəyə qarşı edilən mənəvi təxribatdır".

Newscenter.az xəbər verir ki, bunları beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı törədilən təxribat xarakterli insidentlə bağlı mövqeyini açıqlayarkən deyib.

İsmayıl Zalov vurğulayıb ki, radikal və dağıdıcı müxalifətin xaricdə ölkə rəhbərliyinə qarşı təşkil etdiyi bu cür hərəkətlər onların əsl simasını ifşa edir:

"Dövlət başçısına qarşı hücum etmək — xalqın seçiminə, xalqın suveren iradəsinə və Azərbaycanın müstəqil siyasətinə qarşı çıxmaq deməkdir. Bu, siyasi mübarizə deyil, bu, milli maraqlara qarşı yönəlmiş məsuliyyətsiz və təhlükəli davranışdır.

“Azərbaycan Prezidentinə qarşı edilən hər hansı təxribat, əslində Azərbaycan xalqına qarşı edilən hücumdur. Bu cür radikal çağırışlar və iyrənc təxribatlar milli birliyimizi sarsıtmaq məqsədi daşıyır. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı dövlətinin yanındadır və bu cür ucuz ssenarilərlə iradəmizi qıra bilməzlər.”

İsmayıl Zalov həmçinin bildirib ki, Azərbaycan Prezidentinin Mühafizə Xidmətinin peşəkar və çevik müdaxiləsi nəticəsində insidentin qarşısı qətiyyətlə alınıb, dövlət başçısının təhlükəsizliyi tam təmin olunub:

"Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti hər cür təhlükəyə qarşı hazır və ayıqdır.

Sonda İsmayıl Zalov Azərbaycan xalqını daha da sıx birləşməyə, milli həmrəylik nümayiş etdirməyə çağırıb və vurğulayıb ki, radikal müxalifətin xaricdən idarə olunan çirkin oyunları heç vaxt dövlətimizin gücünü sarsıda bilməyəcək:

"Azərbaycan xalqının iradəsi möhkəmdir, dövlətçiliyimiz sarsılmazdır və bu cür təxribatlar qarşısında daha da güclənəcəkdir".

Süleyman
Seçilən
41
1
newscenter.az

2Mənbələr