AZ

Çin, İran və Rusiya Yaxın Şərqdə hərbi təlimlər keçirəcək

Ekspertlər bildirirlər ki, manevrlər Amerikanın İrana hücum səylərini çətinləşdirə bilər.

QHT.az xəbər verir ki, Çin, İran və Rusiya Hörmüz boğazında “Dəniz Təhlükəsizlik Kəməri 2026” adlı birgə dəniz təlimləri keçirəcək. İran mediasının yaydığı xəbərə görə, təlimlər ABŞ-ın Yaxın Şərqdə əhəmiyyətli hərbi mövcudluğu və artan gərginlik fonunda baş tutur. “The War Zone” nəşri yazır ki, Moskva və Tehran regiondakı hadisələri nəzərə alaraq təlimləri aktual hesab edir. Ekspertlər bildirirlər ki, Hörmüz boğazı və Oman körfəzində az sayda Rusiya və Çin gəmisinin olması ABŞ üçün ciddi hərbi təhlükə yaratmasa da, Vaşinqtonun İrana qarşı mümkün əməliyyatlarını çətinləşdirə və əlavə siyasi risklər yarada bilər.

CNAS-ın baş elmi işçisi Tom Şuqartın sözlərinə görə, bu addım Rusiya və Çinlə birbaşa münaqişə ehtimalını artırmır, lakin İrana qarşı planlaşdırılan hər hansı zərbəyə əlavə amillər daxil edir. Keçmiş CENTCOM komandiri Jozef Votel isə təlimləri böyük güclər arasında rəqabətin və Tehrana siyasi dəstəyin göstəricisi kimi qiymətləndirib.

 

R.İmanov

Seçilən
15
qht.az

1Mənbələr