AZ

Yevlaxda baş vermiş yanğınlar söndürülüb - YENİLƏNİB

Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında baş vermiş yanğınları Fövqəladə Hallar Nazirliyinin qüvvələri daha böyük sahəyə yayılmasına imkan vermədən söndürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəblərinin öyrənilməsi üçün araşdırmalar davam etdirilir.

Yevlaxda ağaclıq ərazidə yanğın başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Malbinəsi kənd ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Seçilən
37
far.az

1Mənbələr