AZ

Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

Bu həftə avrokuboklarda - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib. 

Fanat.Az xəbər verir ki, Azərbaycanın sıralamadakı mövqeyi dəyişib. 

Ölkəmiz bir pillə geriləyərək 27-ci pillədə qərarlaşıb. Azərbaycanın reytinq xalı 22.937-yə bərabərdir. "Selye"nin uğurlu çıxışı sayəsində əmsalını artıran Sloveniya 26-cı yerə yüksəlib. 28-ci sıradakı Rusiyanın 22.632 əmsalı var.

Qeyd edək ki, "Qarabağ" son matçda Bakıda İngiltərə təmsilçisi "Nyukasl"a 1:6 hesabı ilə məğlub olib.

UEFA reytinqinə İngiltərə (112.352) başçılıq edir.

Seçilən
34
12
fanat.az

10Mənbələr