AZ

Tramp İrana məhdud zərbələrlə başlaya bilər WSJ

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Tehranı nüvə sazişi çərçivəsində tələblərini qəbul etməyə məcbur etmək üçün İrana qarşı qabaqlayıcı, məhdud zərbələr endirməyi düşünür.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Trampın İrandan böyük hərbi cavab ala biləcək tammiqyaslı hücumdan çəkindiyi deyilir.

Mənbələrə görə, Tramp təsdiqləsə, ilk zərbələr bir neçə gün ərzində endirilə bilər. Hədəflər bir neçə hərbi və ya dövlət obyekti olacaq.

Proqnozlaşdırılır ki, əgər İran Trampın uran zənginləşdirmə proqramından imtina etmək tələbini rədd etməyə davam edərsə, ABŞ hərbi kampaniyanı ayətullah rejimi ilə əlaqəli hədəfləri də əhatə edəcək.

Mənbələrə görə, Tramp məhdud zərbələrlə başlaya və sonra rejim ya nüvə proqramını ləğv etməyə razılaşana, ya da devrilənə qədər onları tədricən artıra bilər.

Qadir, Bizimyol.info Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
bizimyol.info

1Mənbələr