AZ

Güclü külək Mingəçevirdə fəsadlar törədib – Fotolar


Gecə saatlarında güclənən külək Mingəçevirdə fəsadlar törədib.
Yeniavaz.com
xəbər verir ki, güclü küləyə tab gətirməyən ağaclardan biri Mingəçevir şəhər xəstəxanasının yaxınlığında aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, təcili yardım avtomobillərinin hərəkətində müəyyən çətinlik yaranıb. Yola düşən ağac ərazidən götürülüb və hərəkət bərpa edilib.
Təbiət hadisəsi zamanı küləyə tab gətirməyən ağaclardan biri avtomobil təmiri sexinin həyətinə aşıb. Avtombillər zərər görməyib.
Şəhərin Energetiklər yaşayış massivində də müxtəlif növ ağaclar aşaraq piyadaların, avtomobillərin hərəkətində çətinliklər yaradıb. Şəhərin bir neçə ünvanında elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda təbiət hadisəsinin törətdiyi fəsadlar aradan qaldırılır.

Esmira Hidayətova, Mingəçevir


Seçilən
30
1
yeniavaz.com

2Mənbələr