AZ

Mbappe məhkəməni uddu - PSJ milyonlar ödəyəcək

PSJ rəhbərliyi "Real Madrid"in hücumçusu Kilian Mbappeyə 4 milyon avro ödəyib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb. 

Mənbənin məlumatına görə, buna ulduz futbolçu ilə Paris nəhəngi arasında məhkəmə prosesində qərar verilib. Qarşı tərəf PSJ-dən 60 milyon avro ödəməyi tələb edirdi. Bu məbləğə onun maaşı, bonusları və hesablanmış faizləri daxildir. 

Mbappe 2018-ci ildən 2024-cü ilə qədər Fransa klubunda oynayıb. O, parislilərin heyətində 308 oyun keçirib, 256 qol vurub və 110 məhsuldar ötürmə edib. Mbappe 2024-cü ilin iyul ayında "Real Madrid"ə keçdi. Tərəflər 2029-cu ilin ortalarına qədər müqavilə imzaladılar.

Seçilən
19
1
fanat.az

2Mənbələr