AZ

ABŞ UNO-larla bağlı məxfi sənədləri açıqlayacaq

AzVision.az xəbər verir ki, Donald Tramp qərarını xalqın bu məsələyə böyük maraq göstərməsi ilə əsaslandırıb.

“Müdafiə Nazirinə və müvafiq departamentlərə və agentliklərə yadplanetlilər və yerdənkənar həyat, naməlum hava hadisələri (NHH) və UNO ilə bağlı hökumət sənədlərinin, eləcə də bu olduqca mürəkkəb, lakin maraqlı və vacib məsələlərlə bağlı hər hansı digər məlumatların müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşıracağam”, – ABŞ prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Amerika lideri sələfi Barak Obamanı yadplanetlilərin mövcudluğu ilə bağlı son bəyanatına görə məxfi məlumatları açıqlamaqda günahlandırmışdı.

- Obama bunu məxfi məlumatdan götürüb. O, bunu etməməli idi. Obama səhv buraxıb”,– Donald Tramp ABŞ prezidentinin təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

Xatırladaq ki, iki gün əvvəl Brayan Tayler Koenin podkastında verdiyi müsahibədə Barak Obama yadplanetlilərin həqiqətən mövcud olub-olmadığı barədə suala belə cavab verib:“Onlar gerçəkdirlər, amma mən onları görməmişəm və onlar 51-ci Zonada saxlanılmırlar. 51-ci Zona, bəzi mənbələrə görə, qəzaya uğramış kosmik gəminin qalıqlarının və yadplanetlilərin cəsədlərinin olduğu Nevada ştatındakı ABŞ Hərbi Hava Qüvvələrinin məxfi obyektidir”.

Onun sözlərinə görə, nəhəng pərdəarxası gizlinlər olmadığı və bunun ABŞ prezidentindən gizlədilmədiyi təqdirdə, həmin zonada yeraltı qurğular yoxdur.

- Prezidentliyim dövründə yadplanetlilərin bizimlə əlaqə saxladığına dair heç bir dəlil tapmadım. Ciddi deyirəm!”, – keçmiş Amerika lideri sosial mediada etdiyi paylaşımda yazıb.

Obama yadplanetlilərin mövcudluğuna olan inamını kainatın genişliyini nəzərə alsaq, Yer kürəsindən kənarda həyatın statistik ehtimalının yüksək olduğunu söyləməklə izah edib. Lakin o, məsafəni nəzərə alsaq, yadplanetlilərin Yer kürəsini ziyarət etmə ehtimalının zəif olduğunu düşünür.

Trampdan yadplanetlilərə dair dəlillər görüb-görmədiyi soruşulduqda, Amerika lideri“Onların mövcud olub-olmadığını bilmirəm” cavabını verib.

“Reuters” agentliyi xatırladır ki, 2022-ci ildə Pentaqon yadplanetlilərin Yer kürəsinə səfər etdiyinə və ya qəza enişi etdiyinə dair heç bir dəlil tapmayıb. Agentliyin 2024-cü il tarixli hesabatında bildirilir ki, İkinci Dünya müharibəsindən sonra aparılan araşdırmalar yerdənkənar texnologiyaya dair heç bir dəlil tapmayıb və müşahidələrin əksəriyyəti səhvən adi obyekt və hadisələr kimi müəyyənləşdirilib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr