AZ

Xurma çiyidlərini atmayın! - Qəhvə hazırlayıb için


Ramazan ayında ən çox yeyilən qida olan xurma,çiyidinə görə də dəyərləndirilir. Üstəlik, hətta qəhvə də hazırlanır.

Medicina.az xəbər verir ki, Ramazan yeməklərinin ayrılmaz hissəsi olan xurma, yalnız meyvəsi ilə deyil, həm də çiyidi ilə diqqəti cəlb edir.

Xurma çiyidləri əslində tamamilə fərqli bir məhsula çevrilə bilər.



Son zamanlar təbii və kofeinsiz alternativlər axtaranların diqqətini cəlb edən xurma çiyidləri qovrulur və qəhvəyə bənzər bir içki halına gətirilir.

Bəs xurma çiyidlərindən qəhvə necə hazırlanır?

Əvvəlcə qalan meyvə qalıqlarını təmizləmək üçün çiyidlər yaxşıca yuyulmalıdır.

Tamamilə qurudulmuş toxumlar daha sonra 180-200 dərəcə temperaturda təxminən 20-30 dəqiqə sobada qovrulur.

Qovurma zamanı rəngi tündləşən və xoş ətir yayan toxumlar soyuduqdan sonra rəndə və ya qəhvə üyüdənlə toz halına gətirilir.



Bu toz cezve (türk qəhvəsi dəmləyicisi) ilə dəmlənə və türk qəhvəsi kimi içilə bilər. Kofeinsiz olduğundan, xurma çəyirdəyi qəhvəsindən, xüsusən də axşamlar rahatlıqla həzz almaq olar. Daha yumşaq, daha aromatik dada malikdir.

Həmçinin lif və antioksidantlarla zəngin olduğu deyilir.

Aygün
Medicina.az


Seçilən
72
1
medicina.az

2Mənbələr