AZ

Ulduz futbolçu Nəriman Axundzadəyə komanda yoldaşı oldu

Nəriman Axundzadəni transfer edən ABŞ-nin “Kolambus Kryu” klubu heyətini məşhur yarımmüdafiəçi ilə gücləndirib.

Msport.az xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşin keçidini rəsmiləşdirib.

Azad agent statusu ilə komandaya qoşulan 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Sözləşmədə müddətin daha bir il uzadıla biləcəyi barədə bənd də yer alıb.

Qeyd edək ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Seçilən
67
4
msport.az

9Mənbələr