AZ

ATLAS yerüstü döyüş robotu sınaqlardan uğurla keçib

Böyük Britaniyanın “BAE Systems” şirkəti tərəfindən inkişaf etdirilən ATLAS yerüstü döyüş robotu sınaqlardan uğurla keçib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bu sınaqlar əsas döyüş tankları və ya döyüş kəşfiyyat maşınlarını dəstəkləmək üçün nəzərdə tutulmuş yeni nəsil modul, avtonom quru platformasının inkişaf proqramının bir hissəsidir.

2024-cü ilin sentyabrında “Land Forces” sərgisində təqdim olunan ATLAS robotu müxtəlif avtonomluq səviyyələrində geniş sınaqlardan keçirilib. Platforma hazırda tam funksional prototip nümayiş modeli kimi fəaliyyət göstərir.

ATLAS real döyüşdə zərbə potensialını yüksəldərkən şəxsi heyətin riskə məruz qalmasını azaldır. Prototip platforma yüksək manevr qabiliyyətinə və sürətə malikdir ki, bu da onu çətin relyef və müxtəlif hava şəraitində həm tırtıllı, həm də təkərli döyüş maşınları üçün ideal müşayiət vasitəsinə çevirir.

ATLAS, müxtəlif faydalı yük konfiqurasiyalarında təqdim oluna bilər. O, hücum konfiqurasiyasında yeni, yüngül, münasib qiymətli və yüksək avtomatlaşdırılmış orta çaplı qüllə sistemi olan VANTAGE ilə silahlandırılıb.

VANTAGE qülləsi “BAE Systems”in passiv çoxspektrli avtomatik hədəf aşkarlama, izləmə və təsnifat sistemi (ATTCS) ilə inteqrasiya olunub. Bu sistem yüksək səviyyəli avtomatlaşdırılmış idarəetmə təmin edir, operatorun koqnitiv yükünü azaldır, bir operatorun bir neçə platformanı idarə etməsinə imkan yaradır, həmçinin aşkarlanma ehtimalını və hədəfə reaksiya müddətini azaldır.

Seçilən
11
poliqon.az

1Mənbələr