AZ

Mebel ixracının coğrafiyasının genişləndirilməsi üçün bazarlar nəzərdən keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının və assosiasiyaya üzv şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistika xərclərinin optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.

Tədbir çərçivəsində iştirakçılar həmçinin cari ilin iyun ayında Dubay şəhərində keçiriləcək “Index Dubai 2026” interyer dizaynı sərgisi barədə məlumatlandırılıblar.

Seçilən
63
1
vergiler.az

3Mənbələr