AZ

Yüksək Liqa: XIV tura yekun vurulacaq

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Tovuzda "Turan" və UNEC kollektivləri arasında reallaşacaq. Qarşılaşma saat 14:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.

Saat 17:00-da isə "Murov Az Terminal" - "Milli Aviasiya Akademiyası" matçı keçiriləcək. Bu oyun "Murov Az Terminal"ın idman zalında təşkil olunacaq.

"Cebheinfo.az"

Seçilən
44
cebheinfo.az

1Mənbələr