AZ

ABŞ və Çin qırıcıları arasında toqquşma riski

ABŞ və Çin qırıcı təyyarələrinin Sarı dəniz üzərindəki beynəlxalq hava məkanında qarşıdurması olub.

“Yeni Sabah” Yonhap-a istinadla xəbər verir ki, ABŞ-nin Koreyada yerləşən qüvvələrinə aid, "United States Forces Korea" (USFK) strukturuna daxil olan 10-a qədər "F-16" qırıcı təyyarəsi Çinin Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ) yaxınlığında uçuş həyata keçirib.

Buna cavab olaraq Çin tərəfi öz hərbi təyyarələrini havaya qaldıraraq ABŞ qırıcılarının zonaya yaxınlaşmasına imkan verməyib.


Telegram kanalımız
Seçilən
69
yenisabah.az

1Mənbələr