AZ

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi

Bakı. Trend:

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yolsahəsi artıq işıqforla tənzimlənir. Hərəkətin təşkilində ediləndəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetməMərkəzi tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərindənəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkətiiştirakçılarının istifadəsinə verilib.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin məlumat yayıb.

Bildirilir ki, istifadəyə verilən yeni nəqliyyat və piyadaişıqforları Moskva prospektinin 20 Yanvar küçəsi iləkəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşəngeriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.

Qeyd edilib ki, görülən işlər Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.

Seçilən
25
20
az.trend.az

10Mənbələr