AZ

İspaniya nəhəngləri Bundesliqanın ulduzu uğrunda yarışır - Hansını seçəcək?

"Real Madrid" və "Barselona" Almaniya Bundesliqasında çıxış edən futbolçu uğrunda mübarizə aparırlar.

Fanat.Az xəbər xəbər verir ki, söhbət "Bayern Münhen"in hücumçusu Maykl Olisedən gedir. 

"TEAMtalk"-ın məlumatına görə, 24 yaşlı futbolçu İspaniyada bacarığını sınamağa hazırdır və bunu yeni bir sınaq kimi görür. Odur ki, futbolçunun karyerasını İspaniya La Liqasında davam etdirmək variantı realdır. Almaniya mətbuatı əvvəllər onu PSJ və "Mançester Siti"nin də istədiyini yazsa da, sözügedən klublardan hələ rəsmi təkliflər gəlməyib.

Hazırda Münhen klubunda əla performans sərgiləyən Olisenin "Bayern"lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 130 milyon avro ilə dəyərləndirir.

Seçilən
22
1
fanat.az

2Mənbələr