AZ

"Ana dilimizin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi və borcu olmalıdır"

"Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, ana dilimizin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi və borcu olmalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin spikeri Sahibə Qafarova dil siyasətinə dair çıxışı zamanı dedi.

Onun sözlərinə görə, bu istiqamətdə dövlət başçısı tərəfindən həyata keçirilən işlərə Milli Məclis parlament səviyyəsində dəstək göstərməyə çalışır:

"Xatırladıram ki, ötən ilin 18 dekabrında Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr edilən konfrans keçirilmişdir. Qanunverici orqan Azərbaycan dilinin inkişafı sahəsində irəli sürülən təşəbbüsləri bundan sonra da dəstəkləyəcəkdir".

Nuriyyə NATİQQIZI

Seçilən
59
1
redaktor.az

2Mənbələr