AZ

Rusiyadan İrana gedən gəmi Danimarkada saxlaılıb

AzVision.az xəbər verir ki, Danimarkanın Dənizçilik İdarəsi belə məlumat yayıb.

Əvvvəllər “Cerus” adlandırılan gəminin adı bir neçə ay əvvəl dəyişdirilib. Konteyner daşıyan bu gəmi ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyaların siyahısına salınıb. “Marine Traffic” saytının məlumatına görə, gəmi Sankt-Peterburqdan yola düşüb.

Bu il yanvarın 13-də gəmi Danimarkanın Skaqen şəhəri yaxınlığından keçdikdən sonra geolokasiya məlumatlarını ötürməyi dayandırıb. Konteyner gəmisi Baltik dənizindən keçərkən, onun mövqeyi yanvarın 16-da bərpa edilib. Yanvarın 22-dəSkaqen şəhərinin şimal hissəsinə çatdıqdan sonra gəmi Katteqat boğazına doğru yola düşüb və orada 25 gün ərzində lövbər salıb.

“Gəminin qeydiyyatı korrekt deyildi. Komor Adaları Danimarka Dənizçilik İdarəsinə gəminin onların reyestrində qeydiyyata alınmadığı barədə məlumat verib”, - Danimarka tərəfinin bəyanatında deyilir.

Konteyner gəmisi Danimarka hakimiyyət orqanlarına etibarlı qeydiyyat şəhadətnamələri təqdim olunana qədər saxlanılacaq.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
2
azvision.az

3Mənbələr