AZ

Trampın İran dilemması: Ultimatumdan hərbi təhdidə

ABŞ Prezidenti Donald Trump İrana ultimatum verərək nüvə proqramının dayandırılmasını tələb edib. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, diplomatik razılaşmaya üstünlük verdiyini desə də, eyni vaxtda hərbi müdaxilə ehtimalını gündəmdə saxlayır və bölgədə ABŞ-nin hərbi mövcudluğunu artırır.

Vaşinqton və Tehran arasında danışıqlar dalana dirənib. ABŞ İranın raket proqramı və regiondakı təsirinin məhdudlaşdırılmasını istəyir. 

Tramp isə mümkün zərbənin konkret məqsədlərini açıqlamayıb. Mümkün hərbi kampaniya həm Yaxın Şərqdə gərginliyi artıra, həm də Trampın daxili siyasi mövqeyinə təsir göstərə bilər.

Prezident bildirib ki, “mənalı razılaşma” əldə olunmasa, alternativ variantlar nəzərdən keçiriləcək. 

Seçilən
23
cebheinfo.az

1Mənbələr