Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk iclası Vaşinqtonda onun sədrliyi ilə keçirilib. İclas zamanı ABŞ prezidenti Qəzza zolağına 7 milyard dollar yardım ayırmaq planlarını açıqlayıb. Maliyyə yardımı Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla doqquz ölkə tərəfindən təmin ediləcək. Paralel olaraq, ABŞ-ın komandanlığı altında Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradıldığı elan edilib.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən “sülh şurası”nın ilk iclası zamanı yatarkən lentə alınıb. Vətəninfo.az xəbər verir ki, videolar Diario AS qəzeti tərəfindən YouTube-da paylaşılıb.
Görüntülərdə ABŞ prezidentinin iştirakçıların çıxışları zamanı gözlərini yumduğu və reaksiya vermədiyi görünür ki, bu da onun yatdığını göstərir.