AZ

Trampın tarif siyasətinə AĞIR ZƏRBƏ: Ali Məhkəmə rüsumları LƏĞV ETDİ

ABŞ Ali Məhkəməsi Trampın gömrük rüsumlarını ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ Ali Məhkəməsi Donald Trampın genişmiqyaslı gömrük rüsumlarını tətbiq etmək üçün “Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı”ndan (IEEPA) istifadə edərək öz səlahiyyətlərini aşdığına dair qərar çıxarıb.

Məhkəmə bəyan edib ki, gömrük tariflərini müəyyənləşdirmək səlahiyyəti Konstitusiyaya görə birbaşa Konqresə məxsusdur.

Qərarda vurğulanır ki, IEEPA aktı genişmiqyaslı ticarət rüsumlarının tətbiqinə haqq qazandıracaq şəkildə şərh edilə bilməz.

Bu qərar faktiki olaraq Tramp tərəfindən tətbiq edilmiş bütün tarifləri ləğv edir və onun iqtisadi siyasətinə ciddi hüquqi maneə yaradır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr