AZ

Külək yol nişanını avtobusun içinə ATDI: Sərnişinlər tükürpədici anlar YAŞADI – VİDEO

Voronejdə yol nişanı avtobusun salonuna girərək sərnişinləri az qala öldürəcəkdi.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda dəhşətli anlar yaşanıb. Yol kənarındakı yol nişanı qəfil yerindən qoparaq hərəkətdə olan nəqliyyat vasitəsinin salonuna daxil olub.

Hadisə nəticəsində sərnişinlər ölüm təhlükəsi ilə üz-üzə qalıblar.

Yol müfəttişləri əvvəlcə hadisədə sürücünü ittiham ediblər. İddia olunurdu ki, sürücü idarəetməni itirərək dirəyə çırpılıb və nişan bu səbəbdən qopub.

Lakin aparılan ətraflı araşdırmalardan sonra əsas versiya dəyişib. Məlum olub ki, yol nişanını güclü külək yerindən qopararaq sürətlə avtobusa tərəf sovurub.

Xoşbəxtlikdən, hadisə zamanı ciddi xəsarət alan olmayıb, lakin sərnişinlər böyük şok yaşayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
interpress.az

1Mənbələr