Türkiyə klubları üçün avrokubok həftəsi uğursuz alınmasa da, bundan da yaxşı ola bilərdi. Ümumi mənzərəni yalnız ''Fənərbaxça'' korladı.
"Football-plus.az" xəbər verir ki, ''Qalatasaray''ın ''Yuventus'' üzərində tarixi qələbəsinin ardından Konfrans Liqasında çıxış edən ''Samsunspor'' da həftəni qələbə ilə tamamladı. Məşqçi dəyişikliyinə gedən Samsun klubu Torsten Finkin debüt oyununda səfərdə ''Şkendiya''ya 1:0 məğlub etdi.
Marius Muandilmacinin 77-ci dəqiqədə vurduğu qol görüşdə yeganə olub. Oyunun əvvəllərində Türkiyə klubu bir penaltidən də yararlana bilməyib. Pley-offun cavaboyunu ərəfəsində minimal üstünlük qazanan ''Samsunspor''un qələbəsini tarixi də adlandırmaq olar. Çünki Türkiyə təmsilçiləri buna qədər Şimali Makedoniya klublarinay qarşı 6 matçın heç birində qalib gələ bilməmişdilər (1 heç-heçə, 5 məğlubiyyət)!
Bu həftə ümidləri doğrultmayan yeganə Türkiyə təmsilçisi ''Fənərbaxça'' oldu. Superliqada hələ də uduzmayan ''Fənər'' gözlənilmədən Avropa Liqasının pley-offunda evdə ''Nottingem Forest'' önündə 3 cavabsız qol buraxaraq əsil fiaskoya uğradı. Bununla da ''sarı-lacivərdlilər'' üçün faktiki olaraq avrokubok mövsümi başa çatdı. Evdə 0:3-dən sonra səfərdə yalnız möcüzə sayəsində mərhələ adlamaq olar. Həm də nəzərə alaq ki, ''Fənər'' indiyə qədər avrokubokların pley-offunda ilk oyunda məğlub olduğu 26 halın heç birində mərhələni adlaya bilməyib!
İstanbul nəhəngi liqa mərhələsində evdə digər İngiltərə təmsilçisi ''Aston Villa''ya da qol vurmadan uduzmuşdu (0:1). Təsnifat mərhələlərini saymasaq, ''Fənər'' avrokubokların pley-offunda XXI əsrdə evdə ən böyükhesablı məğlubiyyətini yaşadı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta