AZ

Rusiya bombardmançı təyyarələri ABŞ sərhədləri yaxınlığında: nə baş verir?

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) bildirib ki, ABŞ ordusu Alyaska yaxınlığında iki Rusiyanın Tu-95 bombardmançı təyyarəsini, iki Su-35 qırıcı təyyarəsini və bir A-50 kəşfiyyat təyyarəsini aşkar edib və izləyib.

Vətəninfo.az xəbər verir ki, hədəfləri tapmaq və vizual olaraq müəyyən etmək məqsədilə ABŞ, iki F-16 qırıcı təyyarəsi, iki F-35 qırıcı təyyarəsi və dörd KC-135 tanker təyyarəsini havaya qaldırıb.

Komandanlıq tərəfindən verilən bəyanatda, Rusiya təyyarələrinin ABŞ və ya Kanada hava məkanını pozmadığı vurğulanıb. Həmçinin qeyd edilib ki, Alyaska Hava Hücumundan Müdafiə Zonasında belə fəaliyyətlər adi haldır və təhlükə hesab edilmir.

Seçilən
26
50
veteninfo.az

10Mənbələr