AZ

"Sumqayıt"ın "vuran ayağ"ı "Qəbələ" ilə oyunu kənardan izləyəcək

Misli Premyer Liqasının (MPL) 21-ci turu çərçivəsində bu gün "Qəbələ"ni qəbul edəcək "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı açıqlanıb.

"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, heyətdə zədəli futbolçu yoxdur.

Xudiyev bu qarşılaşmada yalnız bir futbolçunun - cəzalı duruma düşən Aleksandr Ramalinqomun iştirak etməyəcəyini bildirib.

"Sumqayıt" - "Qəbələ" qarşılaşması 19:30-da keçiriləcək. Hazırda "Sumqayıt" MPL-in turnir cədəvlində 30 xalla 5-ci pillədə mövqe tutubsa, qonaq komanda 14 xalla 10-cu sırada qərarlaşıb.

Ramalinqom komandasının ən yaxşı bombardiridir. Cari mövsüm çempionatda 6 qol vuran Madaqaskar millisinin üzvü 2 məhsuldar ötürmə ilə də yadda qalıb. O, Bizon Azərbaycan Kubokunda da 2 dəfə fərqlənməyi bacarıb.

Nihat

Seçilən
4
fanat.az

1Mənbələr