"Bu, düşünülmüş və Azərbaycanın beynəlxalq imicinin korlanmasına yönəlmiş təxribat idi".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Vaşinqtonda baş verən məlum təxribata münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanın artan beynəlxalq statusu qarşısında məlum dairələrin narahatlığının göstəricisi idi:
"Azərbaycan Prezidentinin ABŞ-da iştirak etdiyi Sülh Şurası müasir dünya düzıninin yeni təşkilatıdır. Bu təşkilatda iştirak edən ölkələrin qısqanclığını çəkən güc mərkəzləri var. Onların öyrədib göndərdiyi bu təxribatçı qruplar Azərbaycan dövlətini pis vəziyyətdə qoymağa çalışırlar. Azərbaycan ətrafında qeyri-müəyyənlik həlqəsi formalaşdırmağı planlayırlar. Görünən odur ki, Azərbaycanın bu diplomatik hücumunun mahiyyəti onlara da bəllidir".
Azər Qasımov deyib ki, artıq mübarizəni ən çirkin yollarla aparmaqdan belə çəkinmirlər:
"Hesab edirəm ki, bu təxribatın Azərbaycana heç bir təsiri yoxdur. Azərbaycan öz siyasətini bundan sonra da eyni xətlə davam etdirəcək. Adı azərbaycanlı olan bu məxluqlar isə tarixin, həm də olduqları ölkələrin dünyanı zibilləməklə məşğul olan dairələrinin əlində məhv olub gedəcəklər".
Süleyman