AZ

Norveç qoşunlarını İraqdan geri çəkib-SƏBƏB



Norveç Yaxın Şərqdə artan gərginlik səbəbindən qoşunlarını İraqdan çıxardığını açıqlayıb. Norveç Silahlı Qüvvələrinin (FOH) sözçüsü Brynjar Stordal Norveç televiziyası NRK-ya bildirib ki, təxminən 60 Norveç əsgəri İraq və İordaniyada xidmət edir, lakin onlar Yaxın Şərqdə son zamanlar artan gərginlik səbəbindən qoşunlarını İraqdan geri çəkiblər.
Stordal vəziyyətin müvəqqəti olduğunu bildirsə də, İraqdan çıxarılan qoşunların sayı və ya onların harada olduqları barədə məlumat paylaşmayıb.

O, əlavə edib ki, qoşunlar mümkün olduqda hələ də xidmətdədirlər və xüsusi təhlükəsizlik yoxlamalarından keçiblər.

Stordal qərarın ABŞ və İran arasında davam edən gərginliklə əlaqəli olub-olmadığı barədə şərh verməkdən imtina edib, lakin qeyd edib ki, onlar bu addımı "bölgədəki təhdidlər və gərginlik" səbəbindən atıblar.

aia.az
Tərcümə şöbəsi



Seçilən
8
aia.az

1Mənbələr