AZ

"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"

Azərbaycan Mərkəzi Bankı (AMB) ehtiyatlı pul-kredit siyasətini qoruyub saxlayacaq.

Bu barədə "Fitch Solutions" beynəlxalq analitik şirkətinin hesabatında qeyd olunub.

"Mərkəzi Bank əsas faiz dərəcəsini hazırkı 6,5 %-dən 2026-cı ilin sonuna qədər tədricən 6 %-ə endirəcək", - hesabatda bildirilir.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti fevralın 4-də uçot dərəcəsinin 0,25 faiz bəndi azaldaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar aprelin 2-də açıqlanacaq.

"Manatın məzənnəsi intervensiyalar hesabına 1,7 AZN/USD səviyyəsində dəstəklənərək ciddi şəkildə idarə olunmaqda davam edəcək ki, bu da hakimiyyətin milli valyutanın sabitliyinin qorunmasına uzunmüddətli sadiqliyini əks etdirir", - hesabat müəllifləri vurğulayıblar.

İş elanları AzVak.az-da

© "Report"

 

Azərbaycan Mərkəzi BankıAMB pul-kredit siyasətiAMB faiz dərəcəsiAMB uçot dərəcəsi 65%AMB uçot dərəcəsi 6%Fitch Solutions hesabatıAzərbaycan manat məzənnəsiAZN/USD məzənnəsimanat sabitliyimilli valyuta qorunmasıpul siyasəti Azərbaycandafaiz dəhlizi parametrləri2026-cı il faiz proqnozuintervensiya ilə manat dəstəyimaliyyə bazarı xəbərləriAzərbaycan iqtisadiyyatıAMB idarə heyəti qərarıfaiz endirimi xəbərləriAzərbaycan Mərkəzi Bankı açıqlamasımanat məzənnəsi idarəçiliyiAzərbaycan pul-kredit siyasətiƏsas faiz dərəcəsi dəyişiklikləri
Seçilən
20
marja.az

1Mənbələr