AZ

ABŞ-də gənc model butikdən 1 milyon dollarlıq mal oğurlayıb (FOTO)

Bakı. Trend:

ABŞ-də 21 yaşlı kişi elit butikdən 1 milyon dollardan çoxməbləğdə dizayner mallarının oğurlanmasında şübhəli bilinərəksaxlanılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Polisin məlumatına görə, Abdalla Diabi və maskalı üç şərikibutikə daxil olaraq “Saint Laurent” brendinə məxsus təxminən 20ədəd gödəkçə, 30 çanta, 20 kəmər və digər lüks əşyalarıoğurlayıblar.

Şübhəlilər əvvəlcədən hazırlanmış plan əsasında hərəkət ediblər:onlar gümüşü rəngli Ford markalı yolsuzluq avtomobili ilə hadisəyerinə gəlib, binaya daxil olmaq üçün taxtapuşdan və nərdivandanistifadə ediblər.

Bütün hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb vəəməliyyat təxminən dörd yarım dəqiqə çəkib.

Manhetten Cinayət Məhkəməsində ona xüsusilə külli miqdardaoğurluq, mənzilə qanunsuz daxil olma yolu ilə oğurluq və oğurlanmışəmlakı qanunsuz saxlama ittihamları irəli sürülüb. Ştatqanunvericiliyinə əsasən irəli sürülən ittihamlar zorakılıqla bağlıcinayətlər kateqoriyasına aid edilmədiyi üçün məhkəmə onungirovsuz, nəzarət altında azadlığa buraxılmasına qərar verib. Digərüç şübhəli isə hələ də azadlıqdadır.

ABŞ-də
ABŞ-də
Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr