AZ

Masallıda Ana Dili Günü qeyd olundu

Masallıda Ana Dili Günü qeyd olundu

 

Masallıda 21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbir “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində reallaşdırılıb.
Tələbələr, gənclər, ziyalılar, mədəniyyət və təhsil işçiləri, media nümayəndələrinin qatıldığı tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva ana dilinin milli kimliyimizin əsas göstəricisi olduğunu vurğulayaraq, dilimizin qorunması və inkişafında gənclərin üzərinə düşən məsuliyyətdən danışıb. Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev ana dilimizin zənginliyindən, onun düzgün və səlis istifadəsinin vacibliyindən, bu mənəvi irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs ediblər.
Sonda tələbələrin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Akif VAQİFOĞLU

Seçilən
0
qht.az

1Mənbələr