AZ

Şəhid ailələrinə göstərilən xidmətlər mövzusunda maarifləndirici görüş baş tutub - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan sosial işçi və layihə rəhbəri Günel Baxışova Fondun maliyyə dəstəyi ilə “Qələbənin digər üzü – Şəhid ailələri” adlı layihəni icra edir. Layihənin əsas məqsədi şəhid ailələri ilə bağlı ictimai şüurun formalaşdırılması, gənclər arasında vətəndaş məsuliyyətinin və sosial empatiyanın gücləndirilməsi, eləcə də şəhid ailələrinə münasibətdə etik və sosial davranış modellərinin təşviq edilməsidir.

QHT.az xəbər verir ki, 17 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında konfrans-görüş keçirilmişdir. Konfrans-görüşdə layihə rəhbəri Günel Baxışova çıxış edərək,  bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsini yad etmiş, eyni zamanda layihənin məqsədi, mövzunun aktuallığı və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

 Konfrans-görüşdə universitetin əsasən sosial iş ixtisası üzrə təhsil alan tələbələri və şəhid ailə üzvləri - ümumilikdə 26 nəfər gənc iştirak etmişdir.

Konfrans-görüşün əsas sessiyasında ekspert Nuriyyə Abbasova tərəfindən “Şəhid ailələrinin hüquqları” və “Şəhid ailələrinə göstərilən sosial xidmətlər” kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Növbəti sessiyada isə layihə koordinatoru, ixtisasca psixoloq Məhəbbət Əmralızadə tələbələrlə “Şəhid ailələri ilə düzgün davranış qaydaları” mövzusunda interaktiv müzakirə aparmış və peşəkar davranış modelləri barədə geniş məlumat vermişdir.

Konfrans-görüşdə  iştirak edən tələbələr bu tip görüşlərin onlar üçün çox faydalı olduğunu, tez-tez keçirilməsinin tərəfdarı olduqlarını bildirmiş və layihə rəhbəri Günel Baxışovaya öz təşəkkürlərini bildirmişlər. Sonda layihə rəhbəri Günel Baxışova iştirakçı tələbələrə sertifikatlar təqdim etmiş və tədbiri rəsmi olaraq bağlı elan etmişdir.

 

Seçilən
6
2
qht.az

3Mənbələr