AZ

"Fənərbağça"ya daha iki qol vura bilərdik" - Vitor Pereyra

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən İstanbulda "Fənərbağça"nı 3:0 hesabı ilə məğlub edən "Nottingem Forest"in baş məşqçisi Vitor Pereyra darmadağını şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports" belə çatdırıb:

"Məni hər şeydən çox futbolçuların səviyyəsi sevindirdi. Onlardan oyun intizamını qorumaq şərti ilə özlərini meydanda yaxşı tərəfdən göstərmələrini xahiş etdim. "Fənərbağça"ya daha iki qol vura bilərdik, amma bu da çox layiqli nəticədir. Yaxşı oyun keçirdik və layiq olduğumuz qələbəni qazandıq".

Tərəflərin cavab qarşılaşması fevralın 26-da baş tutacaq.

Nihat 

Seçilən
0
fanat.az

1Mənbələr