AZ

Bu işçilərin maaşı artdı

Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 880 manat təşkil edib.Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 633 manat, özəl sektorda isə 2 044 manat olub. 2024-cü illə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,5 %, o cümlədən dövlət sektorunda 9,6 %, özəl sektorda isə 13,6 % artıb.

2026-cı il yanvar ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,5 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,6 % çoxdur.

Seçilən
7
metbuat.az

1Mənbələr