AZ

​Vaşinqton təxribatı:

Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı Vaşinqtonda qaldığı otelin qarşısında baş verən təxribat cəhdi ən müxtəlif kontekstlərdən təhlil olunur. Siyasi müşahidəçilər hesab edirlər ki, erməni lobbisinin əlində alət olan bir qrup ünsürün iştirakı ilə reallaşan bu hadisənin vaxtı və məkanı təsadüfi seçilməyib. Metbuat.az-ın məlumatına görə, çirkin insidentlə bağlı xəbərlərin kontekstdən çıxarılaraq beynəlxalq informasiya məkanına ötürülməsi təxribatın əvvəlcədən planşaşdırıldığına və kordinasiyalı şəkildə həyata keçirildiyinə şübhə yeri qoymur. Sual yaranır: bu təxribatın arxasında kim dayana bilər? İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanın son illər artan regional nüfuzu və beynəlxalq təşəbbüslərdə fəallığı bəzi xarici dairələri ciddi şəkildə narahat edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və geosiyasi balans məsələlərində rəsmi Bakının mövqeyi bir çox hallarda maraqların toqquşmasına səbəb olur. Məhz bu səbəbdən Azərbaycanı hədəfə alan informasiya kampaniyaları zaman-zaman aktivləşir.Digər tərəfdən, xaricdə fəaliyyət göstərən radikal antimilli qruplarının və müxtəlif lobbi şəbəkələrinin bu cür aksiyalarda rol alması ehtimalı da istisna edilmir. Onların əsas məqsədi diqqət çəkmək, süni gündəm formalaşdırmaq və beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmaqdır. Lakin emosional şüarlar, aqressiv davranışlar və arqumentsiz ittihamlar bu ünsürlərin özlərini ifşa etməsinə gətirib çıxardı. Əslində, bu davranışlar demokratik dəyərlərlə ziddiyyət təşkil edir. Belə təxribatlar diplomatik münasibətlərin mahiyyətinə təsir göstərmir. Dövlətlərarası əlaqələr küçə aksiyaları ilə deyil, rəsmi danışıqlar və strateji maraqlar əsasında qurulur. Bu baxımdan, baş verən hadisə daha çox siyasi şou təsiri bağışlayır. Nəticədə isə gözlənilən effekt əldə olunmadı, əksinə, təşkilatçıların qeyri-ciddi və məqsədsiz addımları onların olmayan nüfuzuna daha bir zərbə vurdu.Hadisə bir daha sübut etdi ki, informasiya müharibəsi müasir beynəlxalq siyasətin ayrılmaz hissəsidir. Lakin təxribat yolu ilə diqqəti cəlb etməyə çalışan qüvvələr unutmamalıdır ki, faktlar və real nəticələr hər zaman emosional çağırışlardan üstün olur. Vaşinqton insidenti də məhz bu baxımdan uğursuz və ifşaedici bir cəhd kimi yadda qaldı. Azərbaycan xalqının bu çirkin olayı lənətləməsi təşkilatçılar üçün əsl “soyuq duş” effekti oldu. Xarici kəşfiyyat orqanlarının əlində alət olan bu ünsürləri gələcək nəsillər də lənətləyəcək…

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
64
metbuat.az

1Mənbələr