Portuqaliyadakı Lajes aerodromuna ABŞ hərbi təyyarələrinin rekord axını qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Portuqaliyanın Azor adalarında yerləşən Lajes hərbi hava bazası fevralın 18-19-da öz fəaliyyət tarixinin ən böyük ABŞ hərbi təyyarələri axınını qəbul edib.
Məlumata görə, qeyd olunan iki gün ərzində bazadan ən azı 11 ədəd “KC-46” yanacaqdolduran təyyarəsi, 12 ədəd “F-16” qırıcısı və bir ədəd “C-17” hərbi-nəqliyyat təyyarəsi keçid edib.
Hərbi texnika ilə yanaşı, təxminən 400 ABŞ hərbi qulluqçusu da bu baza vasitəsilə daşınıb.
Bu kütləvi hərəkətlilik Lajes bazasının tarixində indiyədək müşahidə olunan ən böyük ABŞ hərbi aviasiya axını kimi qiymətləndirilir.
Təyyarələrin və şəxsi heyətin hərəkət istiqaməti, eləcə də bu genişmiqyaslı yerdəyişmənin konkret səbəbi barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az