AZ

“Zabul Segah” və “Bayatı Kürd” muğamları orkestrin müşayiəti ilə səslənib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 fevral, Gülay Nəzərova, foto: Tofiq Babayev, AZƏRTAC

Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində ilk dəfə olaraq muğam dəstgahları Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xanəndələrin ifasında təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertdə dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan muğam sənətinin nadir incilərindən hesab olunan “Zabul Segah” və “Bayatı-Kürd” muğam dəstgahları səsləndirilib.

Gecədə xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Nisbət Sədrayeva və Hüseyn Məlikov çıxış ediblər.

Bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 illiyi tamam olur. Yubiley münasibətilə il ərzində silsilə konsertlərin və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
azertag.az

2Mənbələr