AZ

Premyer Liqanın XXI turunda "Sumqayıt" "Qəbələ" ilə bərabərə qalıb

Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

"Far.Az"un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qəbələ" ilə qarşılaşan "Sumqayıt" rəqibi ilə qolsuz heç-heçə edib.

Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisi 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 15 xalla 10-cudur.

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Sumqayıt"ı (2:0) məğlub edib. XXI tura fevralın 22-də yekun vurulacaq.

Seçilən
71
4
far.az

10Mənbələr