AZ

​"Yuventus" türk futbolçu alır

İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. İtalyanlar futbol üzrə Türkiyə yığma komandasının üzvü Zeki Çelikin xidmətində maraqlıdır. Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə futbolçu ilə razılıq əldə olunub. Hazırda "Roma"nın şərəfini qoruyan 29 yaşlı Çelik mövsümün sonunda "Yuventus" formasını geyinəcək.

Qeyd edək ki, Zeki Çelik "Roma"nın heyətində 31 matça çıxıb. O, 1 qol vurub və 4 ötürmə verib. Futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Seçilən
40
metbuat.az

1Mənbələr