AZ

"Rmazanda oruc tuturlar, amma yenə də yalan danışırlar, insanları aldadırlar"

"İnsan unutmamalıdır ki, Allah onu görür, Allah onun əməllərinə baxır. Bu birmənalıdır ki, əgər yanlışlıq varsa, insan bu və ya digər formada öz əməllərinə görə cəzalandırılacaq. Ona görə də biz Allahın qəzəbindən uzaq olmaq üçün bu məsələyə ciddi və məsuliyyətlə yanaşmalıyıq".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı dedi.

Onun sözlərinə görə, Ramazan ayında sadəcə ac qalmaqla məsələ həll olunmur:

"Elə insanlar var ki, Ramazanda zahirən heç nə dəyişmir: oruc tuturlar, amma yenə də yalan danışırlar, insanları aldadırlar, israfçılığa yol verirlər. Bu, həqiqətən də ciddi bir problemdir. Amma elə insanlar da var ki, qarşılarına hədəf qoyurlar, saflaşmaq, paklaşmaq və özlərini təkmilləşdirmək məqsədi ilə bu ayı fürsət kimi dəyərləndirirlər. Biz əxlaq baxımından kamilləşməli, paklaşmalı və saflaşmalıyıq. Proses məhz bu istiqamətdə getməlidir. Əgər bu yöndə getməzsə, o zaman bizim üçün çox çətin olacaq".

Nuriyyə NATİQQIZI

Seçilən
44
2
redaktor.az

3Mənbələr