AZ

“Vəkillik fəaliyyəti” adlı dərsliyin təqdimat mərasimi keçirildi (FOTO)

Bakı. Trend:

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz vəCənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”,“TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”,“İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” adından bugün yeni, geniş əhatəli hüquq kitabını ictimaiyyətə təqdimedib.

Trend xəbər verirki, bu nəşrdə məqsəd ictimai-hüquqi maarifləndirməni gücləndirməkvə hüquq tələbələri, fəaliyyətdə olan hüquqşünaslar və bu sahəninmüəllimləri üçün yüksək keyfiyyətli akademik resursları daha dagenişləndirməkdir.

“Vəkillik fəaliyyəti” adlı kitabın əsas məqsədi vəkilliyinmahiyyəti və funksiyaları barədə aydın, strukturlu və əlçatanbilgilər təqdim etməklə cəmiyyətin hüquq mədəniyyətinigücləndirməkdir. Nəzəri, tarixi və praktiki yanaşmaları bir arayagətirən bu kitab daha məlumatlı hüquq icmasının formalaşmasınadəstək olmağı və gələcək hüquqşünasların və hüquq mütəxəssislərininhazırlanmasına töhfə verməyi hədəfləyir.

Bu məqsədə uyğun olaraq gözlənilir ki, kitab hüquq tələbələri,hüquq işçiləri, hüquq-mühafizə orqanları və ali təhsilmüəssisələrinin professor-müəllim heyəti, eləcə də etibarlı hüquqimənbəyə müraciət etmək istəyən hər kəs üçün dəyərli bir dərslik vəistinad mənbəyi olacaq.

Bu gün Bakıda kitabın ictimaiyyətə təqdim olunması tədbirindəçıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli dedi: “Cəmiyyətin hüquq mədəniyyətininmöhkəmləndirilməsinə və gələcək nəsil hüquqşünaslarınyetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdənməmnunuq. Bu elə bir nəşrdir ki, bütün hüquq icmasına dəstək olabiləcək bilik və təcrübəni özündə birləşdirir - ondan həmtələbələr, həm də bu sahədə çalışan mütəxəssislər və müəllimlər özgündəlik fəaliyyətlərində faydalanacaq. İnanırıq ki, bu kitabıuniversitetlərə və hüquq institutlarına təqdim etməklə, çoxəhəmiyyətli bir bilik bazasını bütün müvafiq auditoriyalar üçünəlçatan etmiş oluruq. Ümidvarıq ki, bu nəşr hüquq sahəsində çalışanhər bir kəs üçün dəyərli istinad mənbəyi olacaq”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və “Vəkillikfəaliyyəti” kitabının həmmüəllifi Anar Bağırov çıxış edərəkqonaqları salamlayıb, nəşrin hazırlanma məqsədi, strukturu vəpraktiki əhəmiyyəti barədə ətraflı məlumat verib. Sədr bildirib ki,sözügedən dərslik vəkillik institutunun normativ-hüquqi bazasını,peşə fəaliyyətinin əsas prinsiplərini və müasir çağırışlarınısistemli şəkildə əhatə edir və bu sahədə elmi-praktiki boşluğundoldurulmasına xidmət göstərir.

Anar Bağırov diqqətə çatdırıb ki, kitabda tarixi aspektlərin vəbeynəlxalq təcrübənin öyrənilməsinə, müqayisəli təhlillərinaparılmasına, qanunvericilik və məhkəmə təcrübəsininəlaqələndirilməsinə, vəkillik institutunun inkişafperspektivlərinin müəyyən edilməsinə geniş yer ayrılıb. Eynizamanda Azərbaycanda vəkilliyin formalaşma və inkişaf mərhələləritarixi kontekstdə ətraflı şəkildə araşdırılıb, xarici dövlətlərinvəkillik institutunun yaranma və təkamül prosesi də müqayisəliaspektdə təhlil olunaraq oxuculara təqdim olunub.

528 səhifəlik kitabda vəkillik həm peşəkar fəaliyyət sahəsi, həmdə vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi təhliledilir. Nəşrdə vəkilliyin əsasları, məqsədləri və prinsipləriətraflı əhatə olunur, peşənin tarixi inkişaf mərhələləri izlənilirvə nəzəri əsasları ayrıca bir tədqiqat sahəsi kimi müzakirə olunur.Müqayisəli bölmələrdə xarici ölkələrdə vəkilliyin təşkili təhlilolunur, digər fəsillərdə isə müdafiə hüququnun əsasını təşkil edənbeynəlxalq hüquq prinsipləri və vəkillərin qlobal miqyasdafəaliyyətini istiqamətləndirən normalar izah edilir.

Kitabın əsas bölmələrindən biri Azərbaycanda vəkillik peşəsininstrukturu və hüquqi tənzimlənməsinə həsr olunub. Bu bölmədə hüquqməsləhətinin bir ictimai xidmət sahəsi kimi rolu, pulsuz hüquqidəstəyin normativləri və çətinlikləri, vəkillərin hüquq vəvəzifələri, peşə etikası və məxfilik prinsipləri, habelə vəkillərinhüquqi statusu ətraflı şəkildə təqdim olunur.

Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilin və bacarıqlarıngücləndirilməsinə yönəlmiş səylərə dəstək öhdəliyinin birhissəsidir.

Layihə “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyitərəfindən icra olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan edilmiş“Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış “Vəkillikfəaliyyəti” adlı dərslik 25 dekabr 2025-ci il tarixində nəşrolunub. Müəllifləri Anar Bağırov, Əmir Əliyev, Turqay Hüseynov,Gülnaz Rzayeva və Paşa Səfərov olan nəşr BP şirkətinin və onunmüvafiq layihələr üzrə tərəfdaşlarının maliyyə, AzərbaycanRespublikası Vəkillər Kollegiyasının elmi dəstəyi və “İnsanHüquqları Təşviqi Mərkəzi” İctimai Birliyinin təşəbbüsü əsasındahazırlanaraq çap edilib.

Mərasimdə Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı,İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzininİdarə Heyətinin rəhbəri Zahid Oruc, Dövlət Gömrük KomitəsininAkademiyasının rəisi Qulu Novruzov, Konstitusiya AraşdırmalarFondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranınsədri Əliməmməd Nuriyev və digər iştirakçılar çıxış edərək“Vəkillik fəaliyyəti” dərsliyini hüquqi maarifləndirmə və hüquqtəhsilinin inkişafı baxımından əhəmiyyətli elmi nəşr kimi yüksəkqiymətləndiriblər.

“Vəkillik
“Vəkillik
“Vəkillik
“Vəkillik
“Vəkillik
“Vəkillik
“Vəkillik
“Vəkillik
Seçilən
63
8
az.trend.az

9Mənbələr