AZ

Beyləqan yenilənir: Davamlı inkişaf, müasir yollar və sosial rifahın yeni mərhələsi -Fotolar



Beyləqanda davamlı inkişaf və abadlıq tədbirləri genişlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə üzrə infrastrukturun müasirləşdirilməsi, yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində verilən tapşırıqlar bölgələrdə ardıcıl şəkildə icra olunur. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Qarabağın qapısı hesab olunan Beyləqan rayonunda uğurla davam etdirilir.

Rayon ərazisində abadlıq və yenidənqurma tədbirləri çərçivəsində yol infrastrukturunun yenilənməsi prioritet istiqamətlərdəndir. Növbəti layihə çərçivəsində əsas avtomobil yolundan şəhərin 3 nömrəli tam orta məktəbinə aparan hissədə əsaslı təmir işləri aparılaraq yeni asfalt örtüyü çəkilib. Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış və hərəkət üçün çətinlik yaradan yol sahəsi tam bərpa olunaraq müasir standartlara uyğunlaşdırılıb.



Aparılan işlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkəti təmin edilib. Xüsusilə məktəbə gedib-gələn şagirdlər və valideynlər üçün yolun keyfiyyətinin yüksəldilməsi sosial baxımdan mühüm əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, Əziz Əzizov Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra rayonda illərlə yığılıb qalmış problemlərin həlli istiqamətində sistemli və məqsədyönlü addımlar atılıb. Onun rəhbərliyi ilə abadlıq-quruculuq işləri davamlı xarakter alıb, infrastruktur layihələri genişləndirilib və rayonun ümumi siması əsaslı şəkildə dəyişib.

Hazırda Beyləqan rayonu regionun ən inkişaf etmiş rayonlarından birinə çevrilib. Sosial infrastrukturun gücləndirilməsi, küçə və məhəllədaxili yolların təmiri, ictimai obyektlərin yenilənməsi istiqamətində görülən işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır. Eyni zamanda rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların sosial problemləri dinlənilir və qaldırılan məsələlərin operativ həlli istiqamətində konkret tədbirlər görülür.

Rayon ərazisində yol şəbəkəsinin mərhələli şəkildə yenilənməsi və sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək. Məqsəd Beyləqanın davamlı inkişafını təmin etmək, sakinlərin rifahını daha da yüksəltmək və müasir şəhər mühitini formalaşdırmaqdır.

Arzuman Loğmanoğlu

Sozcu.info



Seçilən
18
aia.az

1Mənbələr