AZ

Cənubi Koreyada ChatGPT ilə planlaşdırılan qətl

Cənubi Koreyada ChatGPT ilə planlaşdırılan qətl

Cənubi Koreyada iki nəfəri içkilərinə dərman qataraq zəhərləyib öldürməkdə ittiham olunaraq həbs edilən qadının bu cinayətləri planlaşdırmaq üçün ChatGPT süni intellekt alətindən istifadə etdiyi məlum olub.

AFN.az-ın "The Korea Herald" qəzetinə istinadən verdiyi məlumata görə, Cənubi Koreya polisi 20 yaşlarında olan müttəhimin psixi xəstəliyi üçün ona yazılan reseptli dərmanları alkoqollu içkiyə qarışdıraraq iki nəfərə verdiyini və onların ölümünə səbəb olduğunu bildirib. İstintaq çərçivəsində üzə çıxıb ki, həmin şəxs cinayətləri planlaşdırarkən ChatGPT-yə sözügedən dərmanlarla bağlı ardıcıl suallar ünvanlayıb.

Qadının verdiyi suallar arasında "Yuxu həblərini alkoqol ilə qəbul etdikdə nə baş verir?", "Bu, nə dərəcədə təhlükəli sayılır?" və "Ölümcül ola bilərmi?" kimi ifadələr yer alıb. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin ChatGPT-yə bu mövzuda dəfələrlə sual verdiyini, alkoqol və dərmanların birlikdə istehlakının ölümlə nəticələnə biləcəyinin tam fərqində olduğunu vurğulayıblar.

Məlumata görə, ilk cinayət 20 yaşlarda olan bir gəncin moteldə ölü tapılması ilə ortaya çıxıb. Təqsirləndirilən şəxs gənclə birlikdə motelə daxil olub, iki saat sonra isə oradan tək çıxıb. İkinci cinayəti də başqa bir şəxsə qarşı fərqli bir moteldə eyni üsulla törətdiyi iddia edilən qadın dindirilmə zamanı reseptli psixiatrik dərmanları içkiyə qarışdıraraq qurbanlarına verdiyini etiraf edib.

Seçilən
12
afn.az

1Mənbələr