AZ

İlham Əliyevin kortejinə edilən hücumla bağlı ABŞ-dan daha bir açıqlama

Vaşinqton polisi Azərbaycan Prezidenti İlham Əliyevin kortejinə edilən hücumla əlaqədar araşdırma aparır.

Publika.az xəbər verir ki, bu barədə TASS-a ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi Makheta Vatson bildirib.

"Polis departamenti hadisədən xəbərdardır. ABŞ Gizli Xidməti ilə birlikdə hadisə yerinə baş çəkilib. Heç kim həbs olunmayıb", - deyə o bildirib.

Departament sözçüsü qeyd edib ki, iş ABŞ Gizli Xidməti tərəfindən Dövlət Departamentinə göndərilib.

Xatırladaq ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.

Seçilən
36
1
publika.az

6Mənbələr