AZ

“Cari təmir” adı ilə daha bir satınalma: uzunmüddətli həll niyə görünmür?

Qobustan Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən QOBUSTAN RAYON KOMMUNAL MÜƏSSİSƏLƏRİ KOMBİNATI tərəfindən “Qobustan şəhər ərazisində mövcud gecə işıqlandırma xətlərində cari təmir işi ilə əlaqədar materialların alınması və cari təmir işləri”nin satın alınması nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, satınalma çərçivəsində şəhər ərazisində mövcud küçə və prospektlərdə gecə işıqlandırma xətlərinin yenilənməsi, nasazlıqların aradan qaldırılması, eləcə də təmir işləri üçün materialların alınması planlaşdırılır.

Layihənin ehtimal olunan dəyəri 170.360,32 AZN təşkil edir.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdur. /32gun.az/

Seçilən
33
nocomment.az

1Mənbələr