AZ

Almaniyada təxminən 30 min iş yerinin ixtisarı gözlənilir

Mürəkkəb iqtisadi vəziyyət və struktur dəyişiklikləri səbəbindən Bavariyada metal emalı və elektrotexnika sənayesində təxminən 30 min iş yeri ixtisar edilə bilər.

"Report" xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti "IG Metall" Həmkarlar İttifaqına istinadən məlumat yayıb.

Təşkilatın regional bölməsinin rəhbəri Horst Ot qeyd edib ki, Bavariyada fəaliyyət göstərən şirkətlər 32 min iş yerinin ixtisarına başlayıb və ya bu barədə elan veriblər. Yalnız avtomobil sənayesində işdənçıxarmalar müəssisələrin 54 %-nə təsir edəcək.

Eyni zamanda, cəmi 3 minə yaxın yeni iş yeri yaradılıb. Ot müdafiə sektorunun inkişafının hələlik problemləri həll edə bilməyəcəyini vurğulayıb. Onun qiymətləndirməsinə görə, avtomobil sektorundakı hər 10 işdən çıxarmaya qarşı müdafiə sənayesində cəmi bir yeni iş yeri düşür.

Seçilən
38
2
far.az

5Mənbələr