AZ

Parisdə bomba xəbərinə görə bir neçə bina təxliyə edilib

Bakı, 21 fevral, AZƏRTAC

Fransa paytaxtında bir neçə əhəmiyyətli obyektə bomba qoyulması ilə bağlı elektron məktublar göndərilib.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, təhdid məktubu alan yerlər arasında Monparnas qülləsi və Paris Siyasi Tədqiqatlar İnstitutu da yer alır.

Bir neçə bina təxliyə edilib, əraziyə minaaxtaranlar cəlb edilib. Yoxlamalar zamanı heç bir təhlükəli əşya aşkar edilməyib.

Seçilən
33
1
azertag.az

2Mənbələr