AZ

İrəvanda atışma: cinayət işi açıldı

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan İstintaq Komitəsi İrəvanın Acapnyak rayonunda baş verən atışmada iştirak edən 12 şəxsə qarşı cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

“Acapynak rayonunda baş verən qətllə bağlı insidentdə iştirak edən 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Xüsusilə, ilkin istintaq zamanı odlu silahla bir nəfəri qətlə yetirən, eləcə də eyni üsulla yeddi nəfəri qətlə yetirməyə cəhd edən şəxsin şəxsiyyəti müəyyən edilib", - deyə açıqlamada bildirilir.

Bundan əlavə, qeyd edilir ki, İrəvanda 40-dan çox ünvanda eyni vaxtda axtarışlar aparılıb və nəticədə istintaqla əlaqəli predmetlər aşkar edilib.

Xatırladaq ki, bir neçə gün öncə İrəvanda baş verən silahlı atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
axar.az

1Mənbələr