AZ

La Liqa: “Atletik Bilbao” “Elçe”ni Quruzetanın qolları sayəsində məğlub edib VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniya çempionatının 25-ci turunda “Atletik Bilbao” “Elçe”ni 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz-in məlumatına görə, Qorka Quruzeta 64-cü dəqiqədə hesabı açıb. Beş dəqiqə sonra Andre Silva penalti ilə bərabərlik qolunu vurub. Quruzeta 89-cu dəqiqədə ikinci qolunu vuraraq ev sahiblərinin qələbəsini təmin edib.

25 turdan sonra “Atletik” 34 xalla səkkizinci yerdə, 25 xallı “Elçe” isə 16-cı yerdədir. “Elçe” növbəti turda “Espanyol”la, “Atletik” isə “Rayo Valyekano” ilə qarşılaşacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
icma.az

3Mənbələr