AZ

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

ain.az, Azertag saytına istinadən bildirir.

Stokholm, 21 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti İsveç dilində genişmiqyaslı dil modelinin yaradılmasını nəzərdə tutan yeni süni intellekt strategiyasını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, İsveç Naşirlər Assosiasiyası, Yazıçılar Birliyi və əsas media şirkətlərinin tədqiqatçıları modelin hazırlanması üzərində işləyəcəklər. Təlimlər açıq məlumatlar, kitablar və xəbər materialları istifadə edilərək aparılacaq, müəllif hüquqları sahibləri isə məzmuna sahiblik hüququnu saxlayacaqlar.

Baş nazir Ulf Kristerssonun sözlərinə görə ölkənin milli dildə işləyən yüksək keyfiyyətli süni intellektə ehtiyacı var.

Təşəbbüs nəşriyyat və media sənayesinin nümayəndələri tərəfindən dəstəklənib və onlar süni intellekt inkişafında müəllif hüquqlarına riayət edilməsinin vacibliyini vurğulayıblar. Layihəni milli tədqiqat layihələrinə vəsait ayıran Vallenberq Fondu maliyyələşdirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
azertag.az

3Mənbələr